“Qurultay yüksək səviyyədə keçirildi”-Siyavuş Novruzov

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının bu gün keçirilən I fövqəladə qurultayında iştirak edən  YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Teleqraf.com-a açıqlamasında bildirib ki, qurultay yüksək səviyyədə keçirilib:

 

“Biz AKP-nin qurultayında yaxından iştirak etdik, bütün çıxışları dinlədik. Tədbir yüksək səviyyədə keçirildi, bu, Türkiyədə ciddi siyasi hadisədir. Qurultayla bağlı geniş açıqlamamız olacaq”.     AKP-nin bu gün keçirilən qurultayında  Yeni Azərbaycan Partiyasından – YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və YAP Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı qurultayda iştirak ediblər.  

 

 Qeyd edək ki, qurultayda AKP-nin sədri, hazırkı baş nazir Rəcəb Tayyib Ərdoğanın Türkiyə prezidenti seçilməsi ilə əlaqədar təşkilati məsələyə – xarici işlər naziri Əhməd Davudoğlunun partiyanın sədri və baş nazirliyə namizədliyi məsələsinə baxılıb. Ankaradakı “Arena” İdman Kompleksində keçirilən qurultayda 30 minə yaxın partiya üzvü, müxtəlif ölkələrdən dəvət olunmuş qonaqlar, diplomatik korpusun təmsilçiləri iştirak edib. Bu gündən Ərdoğan Türkiyənin prezidenti kimi rəsmən fəaliyyətə başlayıb.

COMMENTS