“Qurultayın nəticələri ilə barışmayan müsavatçı çoxdur”

“Qurultayın nəticələri ilə barışmayan müsavatçı çoxdur”

Deyəsən Müsavat başqanı Arif Hacılının mətbuata sonuncu açıqlamasında “Hakimiyyətin və digər opponentlərin planları puça çıxdı” atmacası ortalığı yenidən qarışdıracaq. 
 
Moderator.az ad çəkməsə də Arif Hacılının “opponentlər” adlandırdığı qarşı tərəfin mövqeyini öyrənməyə cəhd edib. Bu məqsədlə qurultayın nəticələrindən narazı qalan Vurğun Əyyuba müraciət edib. Amma V. Əyyub Arif Hacılının atmacasını cavabsız buraxıb: 
 
“Doğrusu, Arif bəyin dedikləri məni o qədər də maraqlandırmır. Eynən hakimiyyətin ritorikası ilə danışır.”
 
“İstefa qərarından sonra Nəsib Nəsibli ilə aranızda görüş olubmu” sualına cavabında Vurğun bəy bildirib ki, Nəsib Nəsibli ilə çoxdan əlaqəsi yoxdur. 
 
“Qurultayın nəticələri ilə barışmayan müsavatçı funksionerlərin yeni partiya yaradacağı barədə fikirlər dolaşır. Belə bir ehtimalı nə dərəcədə mümkün hesab edirsiniz” sualına cavabında isə Vurğun Əyyub bunları bildirdi:
 
“Qurultayın nəticələri ilə barışmayan müsavatçı çoxdur. Onların bəziləri partiyadan gediblər. Nə planlaşdırdıqları barədə məlumatım yoxdur. Partiyada qalanların bir çoxu ilə fikir bölüşməmiz olur. Onlar yeni partiya yaratmaq haqqında yox, qurulmasında iştirak etdikləri, illərlə sıralarında mübarizə apardıqları Müsavatın demokratikləşməsi, Nizamnamə əsasında, demokratik üsullarla idarə ediməsi uğrunda çalışmaq niyyətindədirlər.”

COMMENTS