Rəbiyyət Aslanova: “…Dağlıq Qarabağ və onun ətrafındakı rayonlarımız geri qaytarılacaq”.

Rəbiyyət Aslanova: “…Dağlıq Qarabağ və onun ətrafındakı rayonlarımız geri qaytarılacaq”.

reb.jpg

“Bu gün Dağlıq Qarabağ problemi ilə bağlı hansısa bir proqnozun verilməsi doğru deyil”.

 

Bu fikri Hafta.az-a açıqlamasında millət vəkili Rəbiyyət Aslanova yeddi rayonun qaytarılmasının yenidən gündəmə gətirilməsinə münasibət bildirərkən deyib. O bildirib ki, dövlət başçımızın görüşləri, real həll variantını ortaya qoyacaq:

“Bu gün kimlərin nə deməsindən asılı olmayaraq, ölkə başçımız cənab İlham Əliyev söyləyib ki, heç bir halda güzəştə gedən tərəf olmayacağıq. Bir santimetr torpağımız belə obyekt ola bilməz. Bu baxımdan Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonla əlaqədar olaraq, söhbət gedərkən də qəti əminəm ki, biz torpaqlarımızı bütöv halda geri qaytaracağıq. Sözsüz ki, bu gün müxtəlif variantlarla Azərbaycana müraciət edirlər. Bildirilir ki, yeddi rayon öncə qaytarılsın, sonra da mərhələ-mərhələ bu proses davam etdirilsin. Ancaq bu məsələüzrə dövlət başçımız çox gözəl və doğru siyasət aparır. Hesab edirəm ki, onun bu siyasəti nəticəsində işğal altında olan Dağlıq Qarabağ və onun ətrafındakı rayonlarımız geri qaytarılacaq”.

Qeyd edək ki, son günlər yeddi rayonun Azərbaycana qaytarılacağı xəbəri gündəmdədir. Politoloqlar hesab edirlər ki, bu məsələ Rusiya tərəfindən ortalığa atılıb. Ekspertlərin fikrincə, məqsəd Azərbaycana yeddi rayonu vermək və digər işğal altında olan ərazilərimizin qaytarılmasını isə təxirə salmaqdan ibarətdir.

COMMENTS