Rəcəb Babaşovun adı “MTN işi” ilə nə əlaqəsi?

Rəcəb Babaşovun adı “MTN işi” ilə nə əlaqəsi?

vergi.jpg

Son günlər ölkə mediasında “MTN işi” ilə əlaqədar yeni-yeni məlumatlar yayımlanır.

Eldar Mahmudov ifşa edildikdən sonra bir çox nazirliklərdə həyacan təbi çalmağa başladı. Hətda bir neçə məmurun həbsidə reallaşdı. Belə ki, Vergilər Nazirliyində “qəssab” ləqəbli ilə ad qazanan  Vergi Cinayətlərinin Təhqiqi Departamentinin rəisi  Vidadi Məmmədov bu cinayətin qurbanına çevrildi. Ardınca Nazirliyin Bakı Vergilər Departamentində İri Vergi Ödəyiciləri ilə iş üzrə rəis müavini işləyən Rəcəb Babaşovun adı qalmaqallarda hallandı.

Dosye.org-a məlumat verən mənbə iddia edir ki, Eldar Mahmudova və Vidadi Məmmədova arxalanan R. Babaşov qara əməllərini sərbəst həyata keçirməyi bacardı. Daha sonra məlumatlarda bildirilir ki, R. Babaşovun şəxsi avtomobillərin seriyaları olduqca maraqlıdır. 077 ilə bitən bütün avtomobil seriaları Rəcəb Babaşova məxsus olduğu təsdiqləndi.

Bunlardan əlavə milyonlara dövlət vəsaitini mənimsəyən məmurlar sırasında məhz rəis müavininində adı qeyd edilir. Sabirabad Rayonunun Qaralar kəndindəki iqamətgahı, Bayıldakı Aran restoranı, Aran kafesi, Bakının Fatmeyi kəndindəki 5 milyonluq iqamətgahı, Türkiyə və Almaniyada milyardlarla dövriyyəsi olan biznesi,  200 min ABŞ dolları olan 10 ailə avtomobili və daha nələrin əldə etdiyi  məlumdur.

Sabirabad rayonunda sahibkarlara divan tutan Rəcəb Babaşov haqında ölkə başçısına şikayət olunacaq. Daxil olan son məlumatlara görə artıq Bakı Vergilər Departamentində İri Vergi Ödəyiciləri ilə iş üzrə rəis müavini işləyən Rəcəb Babaşovun həbsi gündəmə gəlmək üzrədir. Araşdırmalarımız davam edir..

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Dosye.org

COMMENTS