Top.Mail.Ru

Rəis müavini sərxoş halda polisləri təhqir etdi

Yeniaxtaris.az saytının əldə etdiyi məlumata görə, 18 Mart tarixində Bakı-Quba magistral yolunun 20-ci kilometrliyində kuryoz hadisə qeydə alınıb.

İddiaya görə, 38-ci polis bölməsinin rəis müavini, polis polkovnik-leytenantı Şərifov Rafiq Vaqif oğlu idarə etdiyi 99 BZ 455 dövlət nömrə nişanlı “Range Rover” maşını ilə dövlət rəsmilərindən birini müşaiət edən kortejin yoluna çıxmaqla qəza vəziyyəti yaradıb. Saray qəsəbəsi ərazisində yerləşən postda ona saxla əmri verilsə də, o, bu əmrə tabe olmayıb. DYP və Abşeron Rayon Polis İdarəsinin birgə əməliyyatı nəticəsində Şərivov Rafiq saxlanılıb. Bu zaman müəyyən olunub ki, o, sərxoş vəziyyətdə avtomobili idarə edir. Abşeron polis idarəsinə gətirilən polis polkovnik-leytenantının sərxoş olduğuna dair lazımı dəlillər toplanılıb. Bu yerdə xatırladaq ki, Şərifov bu zaman Abşerob Rayon Polis İdarəsinin əməkdaşlarına qarşı güc tətbiq edib. Təbii ki, bu da onun barəsində polisə müqavimət maddəsi ilə cinayət işinin başlanmasına səbəb olub.

Yeniaxtaris.az saytının əldə etdiyi digər məlumata görə, hazırda bu olayın üstünü Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, YPX Alayının komandiri Balakişi Əhmədov və onun tabeçiliyində olan şəxslər örtməklə məşğuldurlar.

Mövzunu diqqətdə saxlayacağıq

Dosye.org

COMMENTS