Top.Mail.Ru

Rəqsanə Rusiyadan qayıda bilməyən azərbaycanlılara kömək edəcək

Rəqsanə Rusiyadan qayıda bilməyən azərbaycanlılara kömək edəcək

Müğənni Rəqsanə İsmayılova hazırda koronavirusla əlaqədar olaraq Rusiyadan çıxa bilməyən və çətin vəziyyətdə qalan soydaşlarımıza səslənib.

Musavat.com xəbər verir ki, bununla əlaqədar İsmayılova sosial şəbəkədə paylaşım edib: “Əziz həmvətənlər, hazırda dünyada yaşananlar çətin gəlsə də, biz bir olub öhdəsindən gələcəyik. Bilirəm, indi Moskvada olub Bakıya qayıtmaqda çətinlik çəkənlər var. Hava limanında qalanlar, vətənə qayıda bilməyənlər mənə yazsın. Əlimdən gələn köməkliyi edəcəyəm. Bunu özümə vətəndaş borcu bilirəm”.

DOSYE.ORG

COMMENTS