Rəqsanədən şok AÇIQLAMA: “Üçüncü uşağı canlı efirdən doğacağam”

Müğənni Rəqsanə İsmayılova “Onlar” verilişinə açıqlama verib.

Sənətçi şou-biznesdəki söz-söhbətlərdən bəhs edib:

“Bir-birimizi qırırıq. O toy mənim olsun, bu toy mənim olsun deyirik. Hamımız pul dalınca qaçırıq. Qoy mənim milyonlarım, maşınlarım, villalarım olmasın. Əvəzində təmiz ürəyim var”.

Haqqında süni mayalanma yolu ilə ana olmağa çalışdığı deyilən sənətçi bunları bildirib: “Sonsuz deyiləm, təbii yolla ana ola bilərəm. Bunu çox istəyirəm. Üçüncü dəfə hamilə qalsam, bəlkə uşağımı efirdə, hansısa verilişdə dünyaya gətirdim. Bu da yenilikdir. Dünyada da belə bir şey var. Hətta türkiyəli müğənni Petek Dinçöz də belə açıqlama verib ki, uşağımı canlı yayımda dünyaya gətirəcəm”. (axsam)

COMMENTS