Top.Mail.Ru

Rəqsanədən Tünzalə Ağayevaya şok sözlər: “Məmur övladlarının…” – Qalmaqal

Rəqsanədən Tünzalə Ağayevaya şok sözlər: “Məmur övladlarının…” – Qalmaqal

Rəqsanə İsmayılova İnstaqramda canlı yayıma qoşularaq xalq artisti fəxri adına layiq görülən sənətçilərə səslənib.

Teleqraf.com xəbər verir ki, o, müğənniləri az təminatlı ailələrə dəstək olmağa çağırıb:

“Hanı mənim müğənni dostlarım? Məmur övladalarının toyunda 14-15 minə oxuyurdunuz. Nə olar, on nəfər komanda yığasınız, kömək edəsiniz. Yalnız Tarix Əliyev və Kamil Zeynallı kömək etməlidir? Toylara 15 minə gedirsiniz, o pulların yarısını Azərbaycan xalqına xərcləyin. Nəyə yığırsınız? Öləndə bu dünyadan heç nə aparmayacaqsınız. Dövlət məmurlarının övladlarının toyunda oxuyub, cibinizə pul qoymaqla deyil. Dövlətin yanında olun. Sizə niyə xalq artisti fəxri adını veriblər? Xalqın sevimlisi olduğunuza görə xalq artisti adını almısınız. Nə olar, indi də insanlarımıza kömək edin”.

Müğənni xalq artisti Tünzalə Ağayevanın da ünvanına xoşagəlməz sözlər deyib:

“Xalq artisti adını alıb, evdə oturub şokalad mağazası açmaqla deyil… Halal xoşunuz olsun. ƏzizTünzalə xanım, səni də, sənətini də çox sevirəm. Amma şokaladı müğənnilərin evlərinə göndərib, reklam etməkdənsə, sizi xalq artisti fəxri adına layiq görən xalqın övladına xərcləyin.

Müğənni onsuz da şokalad yeyir, onun ehtiyacı yoxdur. Hər birinin evinə şokalad göndərib, reklam elətdirirsiniz. Onu yetimlərin evinə göndərin”.

DOSYE.ORG

COMMENTS