Rəşad Quliyev: “Almaniyanın Köln şəhərində yürüş keçiriləcək”

“Almaniyanın Köln şəhərində Xocalı yürüşü keçiriləcək”. Bunu dosye.org-a açıqlamasında Alman Azərbaycan Mədəniyyət Evinin icraçı katibi Rəşad Quliyev

Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı Almaniyada görülən işlərdən danışarkən deyib. Onun sözlərinə görə, təşkil ediləcək qurumun təşkilatçılığı ilə keçiriləcək yürüş-mitinq Kölndəki Dom Kilsəsinin önündə start götürəcək: “Fevralın 22-də baş tutacaq aksiyaya dəstək vermək məqsədilə Alman Azərbaycan Mədəniyyət Evi bu ölkədə yaşayan soydaşlarımıza müraciət edib və keçiriləcək yürüşşə çağırış etmişik. Yürüş-mitinqi keçirməkdə məqsədimiz Xocalıda baş verən cinayətə dünya birliyinin diqqətini cəlb etməkdir. Aksiya “Xocalıya Ədalət” kampaniyası çərçivəsində keçiriləcək”

COMMENTS