Milli Məclisin sabiq sədri, hazırda ABŞ-da yaşayan Rəsul Quliyev növbədənkənar prezident seçkilərində dövlət başçısı İlham Əliyevi dəstəkləyəcəyini açıqlayıb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Quliyevin fəxri üzvü olduğu Gələcək Azərbaycan Partiyasının qurultayında məlumat verilib. Eks-spiker partiya üzvlərini Prezident İlham Əliyevi dəstəkləməyə çağırıb.
Qurultayda R.Quliyevin müraciəti müsbət qiymətləndirilib və seçkilərdə İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə qərar qəbul edilib.
COMMENTS