Rəçad Camalovun namizədliyi ləğv edildi: İkili vətəndaşlığına görə

Rəçad Camalovun namizədliyi ləğv edildi: İkili vətəndaşlığına görə

Azərbaycanın Müdafiə Sənayesi naziri olmuş mərhum Yavər Camalovun oğlu Rəşad Camalov fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 46 saylı Şirvan seçki dairəsindən namizədliyini irəli sürüb.

Dosye.org-a daxil olan məlumatlara görə, Mərkəzi Seçki Komissiyası (MSK) 46 saylı Dairə Seçki Komissiyasının Rəşad Camalovun deputatlığa namizədliyinin qeydə alınması barədə qərarını ləğv edib. Mənbə iddia edir ki, R. Camalovun ikili vətəndaşlığına dair iddialarla əlaqədar qəbul edilib.

Nəzərinizə çatdıraq ki, Mərkəzi Seçki Komissiyası İnformasiya Mərkəzinin rəzmi saytında Rəşad Camalov Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi göstərilib.

https://www.infocenter.gov.az/archive/millimeclis2020.aspx?i=4&dsk=46&fbclid=IwAR2G9oszIyKKfCm4KCTZAK8-p0mD_rMrI2UAjsYCSQFlRHSzZEW827Ilkh0

 

DOSYE.ORG

COMMENTS