Rəşid Behbudovun Ukraynada yaşayan məşhur bacısı oğlu VƏFAT ETDİ

Rəşid Behbudovun Ukraynada yaşayan məşhur bacısı oğlu VƏFAT ETDİ

Ukraynada yaşayan azərbaycanlı müğənni Cəfər Behbudov vəfat edib.

Modern.az xəbər verir ki, müğənni sentyabrın 26-da səhər saatlarında Ukraynada dünyasını dəyişib.

Cəfər Behbudov Azərbaycanın dünya şöhrətli müğənnisi, mərhum Rəşid Behbudovun bacısı oğludur. O, 90-cı illərin əvvəlində Azərbaycanı tərk edərək Ukraynada – Kiyev şəhərində köçmüşdü. O, vaxtilə Azərbaycan estradasının ən parlaq ulduzlarından sayılırdı.
Ükrayna mədəni həyatında fəal iştrak edən Cəfər Behbudov ömrünün son illərundə qapalı həyat sürürdü…

Cəfər Behbudov Azərbaycandan küsüb getmişdi. O, Modern.az-a verdiyi müsahibədə belə demişdi…

Cəfər Behbudovun anası, mərhum Nəcibə Behbudova 7 dekabr 1999-cu ildə Bakıda vəfat edib.

Teatr rejissoru Ağaəli Məstanovla ailə qurmuş Nəcibə xanımın 2 övladı dünyaya gəlib: Firuzə və Cəfər.

Əməkdar artist Nəcibə Behbudova “Bəyin oğurlanması”da Bibixanım, “Ulduz”da  Tamam xala, “Fəryad” filmində  erməni qadın kimi obrazlarla yadda qalıb…

Nəcibə Behbudova haqqında yazını burdan oxumaq olar.

Allah rəhmət eləsin!

DOSYE.ORG

COMMENTS