Rəsmi Berlin Rusiyanı hədələdi: Cavab verəcəklər

Rəsmi Berlin Rusiyanı hədələdi: Cavab verəcəklər

Almaniya Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcək və Ukraynaya daha çox hərbi dəstək verəcək.

DOSYE.ORG xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.

XİN başçısı Ukrayna paytaxtının yaxınlığında yerləşən Buça şəhərində törədilən müharibə cinayətlərindən sarsıldıqlarını və bunun nəticəsi olaraq Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirəcəklərini bəyan edib.

“Buça şəhərindən çəkilən kadrlar dözülməzdir. Bu hərbi cinayətlərə görə məsuliyyət daşıyanlar cavab verməlidirlər. Biz Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcəyik və özünü müdafiə edən Ukraynaya daha çox dəstək verəcəyik”, – nazir Annalena Berbok qeyd edib. (modern.az)

COMMENTS