Rəsmi Kiyev Putinin planını niyə etibarsız saydı?

Kiyev rəhbərliyi Rusiya dövlət Başçısı Vladimir Putinin 7 maddəlik atəşkəs planına şübhə ilə yanaşır.

Rusiya prezidenti Vladimir Putin Ukrayna böhranının həlli üçün tərəfləri hərbi fəaliyyətə son verməyə çağıraraq bununla bağlı 7 maddəlik bir plan hazırlayıb.

Rəsmi Kiyevdən planla bağlı verilən açıqlamada “Putin tərəfindən təklif edilən hər hansı bir plana güvənmək olmaz”, – deyə bildirilib.

Putinin yeni hazırladığı planda yer alan 7 maddə bundan ibarətdir:

1. Separatçılar Donetsk və Luqansk bölgələrində fəaliyyətini dayandıracaq.

2. Ukrayna gücləri vətəndaşların silahla vurulma təhlükəsinin qarşısını almaq üçün əhalinin məskunlaşdığı yerdən müəyyən bir məsafədə geriyə çəkiləcək.

3. Atəşkəsə müstəqil beynəlxalq bir mexanizm tərəfindən nəzarət ediləcək.

4. Əhali məskunlaşan ərazilərdə hava hücumlarının qarşısı alınacaq.

5. Əsir dəyişmə əməliyyatı şərtsiz tətbiq ediləcək.

6. Donetsk və Luqansk bölgərinə yardımın çatdırılması üçün insani yardım dəhlizləri açılacaq.

7. Zərər görən infrastrukturun təmir edilməsi üçün qrupların bölgəyə girməsi təmin ediləcək.

Qeyd edək ki, Ukrayna Baş naziri Arseniy Yaçenyuk da bunu “Rusiya tərəfdarı olan separatçıların xilas planı” olaraq xarakterizə edib.(Axar.az)

COMMENTS