Rabitə Nazirliyinin əməkdaşı qumarxana işlədir?

Dosye.org Azerinews.tv-yə istinadən xəbər verir ki, növbəti qumarxana ilə bağlı şikayət məktubu daxil olub.

Şikayətdə bildirilir ki, ölkədə fəaliyyət göstərən qumarxanalarların sayı getdikcə artır. Bununda səbəbkarı hüquq mühafizə orqanlarıdı. Onlar pul qazanır sadə vətəndaşlar isə əziyyət çəkir. Adının çəkilməyin istəmiyən şikayətçinin yazdığına görə- Xiyabani 33-də, Yeni Yasamalda «Ətçilər» deyilən hündürmərtəbəli qırmızı binanın altındakı obyekt qumarxana kimi fəliyyət göstərir. Həmin qumarxana isə Zaur adlı məmurundu. Şikayətçinin iddiasına görə Zaur Rabitə naziri Əli Abbasovun işçisidir.

Qeyd edək ki, daxil olan şikayəti araşdırmaq üçün əməkdaşlarımız yuxarıda göstərilən ünvanda olublar. Həqiqətəndə həmin ünvan çayxana adı altında qumarxana kimi vəaliyyət göstərir. Əməkdaşlarımız nazirliyin işçisi Zaur müəllimllə görüşə bilməsələrdə, obyektin nəzarətçisi adıçəkilən məmurun qardaşıı Zaminlə məsələlərə aydınlıq gətiriblər.

Beləki, qumarxananın fəaliyyəti ilə bağlı suallara Zamin bəy cavabında:” Özünüzü yormayın, polisi, vergini, bir çox təşkilatların rüşvətini veririk. Qardaşımda da dağ kimi durub arxamızda . Neçə vaxtı qonşular, məhəllə adamları da şikayət edirlər, amma heç bir nəticəsi yoxdur və olmyacaqda. Sizdə əziyyət çəkməyin”…

Mövzuya qayıdacağıq

COMMENTS