“Mançester Yunayted”in “Monako”dan icarəyə götürdüyü Radamel Falkao ilə bağlı ortaya şok iddia atılıb.
Dosye.org apasport.az-a istinadən xəbər verir ki, İngiltərənin yüksək tirajla nəşr olunan, məşhur “The Sun” qəzeti kolumbiyalı hücumçunun “lipa” olduğunu bildirib.
Belə ki, sözügedən qəzet Falkaonun orta məktəb illəriylə bağlı bəzi sənədləri ortaya çıxarıb. “The Sun” iddia edir ki, Radamelin 28 yox, 30 yaşı var. Yəni futbolçu 10 fevral 1986-cı ildə dünyaya gəlməyib. Onun təvəllüdü 1984-cü ildir.
Həmçinin qəzet bununla bağlı sənədin şəklini də paylaşıb.
COMMENTS