Top.Mail.Ru

Rafael Cəbrayılovun növbəti fırıldağı: Sonuncu mandatı da girovluqda imiş

Rafael Cəbrayılovun növbəti fırıldağı: Sonuncu mandatı da girovluqda imiş

Yəqin ki, Rafael Cəbrayılov adlı adamı tanıyırsınız. Deputat mandatını girov qoymaqla şöhrət qazanmış bu adamın yeni fırıldağı ortaya çıxıb.

Ovqat.com-un məlumatına görə, bu dəfə də o, bir başqa adamdan 100 min dollar alıb əvəzində yenə deputat mandatını girov qoyub.

2012-ci ildən 2019-cu ilə qədər Azərbaycan Milli Məclisinin dəyişilməyən siması olan, hətta parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvlüyünə qədər yüksələn Rafael Cəbrayılovun bu dəfəki qurbanı Kazımova A. (Şikayətçi adının yazılmamasını xahiş etdi) adlı xanımdır.

Kazımovanın bildirdiyinə görə, köhnə deputat ona 2018-ci ilin aprel ayında Binəqədi rayonuna icra başçısı gedəcəyi və onu da yanına şöbə müdiri göndərəcəyi barədə söz verərək pul istəyib. Xanım da Rafael Cəbrayılovun şirin dilinə və etibarlı vəzifəsinə inanıb tələb olunan pulu yaxın ətrafından toplayaraq ona verib. Qısa zamandan sonra isə Binəqədi rayon icra başçısı vəzifəsinə başqasının təyin olunması Kazımovanı şübhəyə salıb. Aldadılmış vətəndaş Rafael Cəbrayılova zəng edib və pulunu geri istəyib.

Azərbaycanın ən yüksək hakimiyyət qollarından birində hüquq məsələlərinə baxan və dövlət quruculuğuyla məşğul olan deputat borcunu qaytarmaq əvəzinə yenə şirin dilini işə salıb. Kazımovaya donuz ferması açdığını bir neçə aya yaxşı pul əldə edəcəyini və bundan sonra borcunu qaytara biləcəyini deyən deputat bu dəfə də onu aldada bilib. Hətta onu inandırmaq üçün deputat mandatını belə girov qoyub.

Xanımın “mən sənin mandatını neynirəm” sualına deputatın cavabı isə xüsusi maraqlılığı ilə seçilir: “Siz nə danışırsınız? Bu mandatın qiyməti milyon yarımdır. Cəmi 100 min pul veribsiniz, milyon yarımlıq girova razı olmursunuz? Mən dilim (doğrusu, bu deyimə ilk dəfə rast gəlirik – Ovqat.com) kimi əziz tutduğum bu mandatı heç dədəmə də həvalə etmərəm.”

DOSYE.ORG

COMMENTS