DOSYE.ORG Azerinfo.media-ya istinadla xəbər verir ki, Cəlilabad rayonunda 5 ədəddən çox qanunsuz yaş ağac kəsilərək yerində “amart” adlı market tikilib.
Əldə etdiyimiz məlumata görə, bu ağacların kəsilməsində yerli ekologiya işçilərinin əli olduğu da bildirilir, başda onların rəisi Şakir Quliyev olmaqla.
Hətta sözügedən rayonun digər ərazilərində belə “ekoloji soyqırımlar”a tez-tez rast gəlinir.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
P.S. Cəlilabad rayonunda özbaşınalıqlar durmadan arıtr. Vəziyyətə nəzarət edən qurumlar rayon rəhbərliyi tərəfindən nə üçün sıxışdırılır? Növbəti yazılarımızda bu və ya digər qanunsuzluqların mənbəyi haqqında sizlərə məlumat veriləcək.
COMMENTS