Rafiq Cəlilovu icra nümayəndəsi qarşısında “GÖZÜKÖLGƏLİ” edən SƏBƏB

Rafiq Cəlilovu icra nümayəndəsi qarşısında “GÖZÜKÖLGƏLİ” edən SƏBƏB

DOSYE.ORG Mediatv.az-a istinadən xəbər verir ki, Cəlilabad rayon Qarağac kəndindən olan bir qrup sakin tərəfindən redaksiyamıza ünvanlanmış şikayət məktubunda qaldırılmış problemlər əməkdaşlarımız tərəfindən daima diqqət mərkəzində saxlanılır və bu istiqamətdə silsilə məqalələr dərc edilməkdədir.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, Hamarqışlaq kənd inzibati ərazisinin icra nümayəndəsi Mədət Nəzərli (30 ildən artıqdır ki, bu vəzifədə çalışır) Qarağac kəndinə aid olan örüş sahəsini qanunsuz olaraq satmışdır. Özü də bir yox, 3 sahəni.

Həmən sahlərdən birində artıq evdə tikilmişdir. Digər 2 sahə isə çəpərlənərək faktiki olaraq zəbt edilmişdir. Sözügedən örüş sahələrinin M.Nəzərli tərəfindən  satılmasını, alıcı Elnur Ağacanovda təsdiq edir. Belə ki, dərc edilmiş yazının sosial media platformasında olan paylaşımının şərh hissəsində bildirir ki, “mən Madət Nəzərliyə yaxınlaşıb, ona vəsiqəmi göstərdim və ondan torpaq istədim, o da gəlib həmin torpaq sahəsini verdi”. Yeri gəlmişkən, burada kənd sakinlərinin narazılığının səbəbi Elnura verilən torpaqdan deyil, həmin torpaq sahəsinin niyə məhz örüş sahəsindən verilməsindən gedir. Hətta, kənd sakinləri onu da bildirirlər ki, Elnur Ağacanov kəndimizin nümunəvi, fəxr ediləsi gənclərindəndir. Özü də Vətən müharibəsinin iştirakçısıdır. Lakin, onunla yanaşı kənddə 5-6 nəfər digər Vətən müharibəsinin iştirakçıları, o cümlədən şəhid ailələri də var və həmən şəxslərin də torpaq sahəsinə ehtiyacı var. Sakinlər onu da vurğulayır ki, kəndin inkişaf fonduna aid olan, ön və arxa hissəsi, eyni zamanda aşağı hissəsində xeyli torpaq sahəsi vardır. Amma, onu da qeyd edirlər ki, həmən inkişaf fonduna aid olan torpaq sahələrinin də əksər hissəsi M.Nəzərli tərəfindən,ona yaxın olan imkanlı şəxslərə satılaraq, faktiki olaraq zəbt edilmişdir. Sözügedən icra nümayəndəsi də yeni ailə quran gənclərə həmən sahələrdən torpaq ona görə verə bilmir ki,torpaqlar  Mədət Nəzərli tərəfindən rüşvət müqabilində satılmışdır. Biz, mətbu orqan olaraq belə qənaətə gəldik ki, bu kənddə problemlərin həll olunması üçün mütləq, yenidən ədalətli torpaq islahatı aparılmalıdır. Hal-hazırda isə bizi maraqlandıran başqa məsələdir.İcra nümayəndəsi bəzi şəxsləri,dövlətə məxsus olan artıq torpaq sahələrinin olması ilə, (hansı ki özü, dövlətin10 hektardan artıq torpaq sahəsini zəbt edərək üzüm bağları salmışdır) övladlarının, yaxın qohumlarının hərbi xidmətdən yayınması ilə (baxmayaraq ki, özünün 2 oğlundan heç biri hərbi xidmətdə olmayıb) hədələyir. Hətta, vəziyyət o yerə çatmışdır ki, həmən şikayət ərizəsində imzası olan orta məktəblərdən birində müəllim işləyən şəxsi, kabinetinə çağırtdıraraq ona hədə qorxu gəlməkdəm belə çəkinməmişdir.

Vətəndaşlara ləyaqətlə xidmət edin tapşırığına əyalətin xırda bir məmurunun cavab reaksiyasıdır bu!… İcra Hakimiyyətinin susqunluğu isə şübhə doğurur! Adının çəkilməsini istəməyən, Mədət Nəzərliyə yaxınlığı ilə seçilən bir şəxs, əməkdaşlarımızla etdiyi səmimi söhbət zaman bildirmişdir ki, “bu Mədət ki, var, bu rayona gələn 6-7 icra başçısı ilə işləyib, bu, onların “dilin” yaxşı bilir. Bəzən elə olur ki, özünün gördüyü çirkab işlərə icra başçılarını ustalıqla elə bulaşdırır ki, problemlər yaranan zamanı onların bunu müdafiə etməkdən başqa yolları qalmır.Görünür Rafiq Cəlilovu icra nümayəndəsi qarşısında “gözükölgəli” edən  hansısa səbəblər vardır.Əgər belə olmasaydı bir kəndin probleminə bu qədər biganə yanaşmazdı. “Nə deyək, Vallah!… Bircə onu bilirik ki, rayonun hal-hazırki rəhbəri  Rafiq Cəlilov uzun müddət Dövlət Əmlak Komitəsində yüksək vəzifədə işləmiş və hansı torpaq sahələrinə “kupça ” verilməsini hamıdan yaxşı bilir. Ümid edək ki, Rafiq müəllim iş rejimi şəraitində vaxt ayırıb, qaldırılan problemlərin həlli istiqamətində konkret göstəriş verəcək. Son olaraq isə, Qarağac sakinlərinə rəhmətlik Cəlil Məmməd Quluzadənin eyni adlı əsəri əsasında çəkilmiş, “Qəm pəncərəsi ” filminə baxmağı məsləhət görərdik.

P.S. Qarağac kənd sakinləri isə, problem öz həllini tapmadığı təqdirdə Prezident aparatı qarşısında aksiya keçirərək, öz səslərini dövlət başçısına çatdırmağı planlayırlar.

COMMENTS