“Hesab edirəm Dağlıq Qarabağla bağlı tələb fırıldaqdır!” Bunu Dosye.org-a açıqlamasında Rusiya Dumasının deputatı İrina Radinanın köməkçisi, politoloq Rafiq Qafarov ötən gün AŞPA-nın Rusiyaya qarşı tələbləri arasında dağlqı qarabağ münaqişəsinin həllinin də yer almasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi daha tez baş verən bir münaqişədir amma nədənsə onun həllinə dair Avropa ilk kəzdir Rusiyadan nə isə tələb edir: “Etiraf edək ki, dağlıq qarabağın Azərbaycana qaytarılması məsələsi heç bir halda Ukrayna məsələsi ilə bağlı deyil. Azərbaycan torpaqları məhz başqa qüvvələrin köməyi ilə ermənilər tərəfindən işğal olunub. Ümumilikdə isə Rusiya nə ATƏT-in, nə də AŞPA-nın irəli sürdüyü tələbləri ciddi qəbul etmir. Çünki bütün bu tələblərin arxasında ABŞ durur. Dağlıq Qarabağ Azərbaycana ən başdan qaytarılmalı idi. Hesab edirəm ki, AŞPA Azərbaycan torpaqlarının qaytarılması məsələsində bu kimi tələbi imitasiyadan başqa bir şey deyil”.
COMMENTS