Rail Məlikov “Dənizlispor”la razılığa gəldi

Türkiyə birinci divizion təmsilçisi “Dənizlispor”da baxışda olan millimizin sabiq üzvü Rail Məlikov məşqçi heyəti tərəfindən bəyənilib.

 

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, artıq yeni müqavilə imzalamaq barədə klub 28 yaşlı müdafiəçi ilə razılığa gəlib. Bu həftə onun “Dənizlispor”a keçidinin rəsmiləşəcəyi gözlənilir.

Xatırladaq ki, R.Məlikov 2012/2013 mövsümündə “Dənizlispor”da oynayıb. O, ötən mövsüm isə “Qəbələ”də çıxış edib.

COMMENTS