Ramil Səfərov və hərbçi yoldaşı

Sosial şəbəkədə uzun müddət Azırbaycan mediasının gündəmində olmuş Milli Ordunun zabiti, mayor Ramil Səfərovla bağlı yeni şəkil paylaşılıb.

 

Modern.az saytı həmin fotonu təqdim edir. Şəkildə Ramil Səfərov hərbçi yoldaşı ilə əks olunub.

Xatırladaq ki, 2004-cü ilin yanvarında Macarıstanda erməni zabitinin qətlində günahlandırılaraq barəsində ömürlük həbs qərarı çıxarılan Ramil Səfərov 8 il sonra – 2012-ci il avqustun 31-də Azərbaycan prezidentinin səyi ilə Budapeşt şəhərindəki həbsxanadan çıxarılaraq Bakıya gətirilib. Daha sonra prezidenti İlham Əliyevin sərəncamı ilə əfv olunub.

Bunun ardınca Azərbaycan Silahlı Qüvvələrində xidmətə bərpa olunan Ramil Səfərova müdafiə nazirinin əmri ilə mayor rütbəsi verilib. Eyni zamanda ona hər bir şəraiti olan 3 otaqlı mənzil də bağışlanılıb.

2012-ci il oktyabrın 9-da Milli Ordunun zabiti Ramil Səfərov evlənib, bu il onun bir qızı dünyaya gəlib.

 

COMMENTS