Rusiyanın U-21 millisi Azərbaycan komandası ilə oyun üçün Bakıya gəlib.
Qol.Az-ın Rusiya Futbol İttifaqının saytına istinadən yaydığı xəbərə görə, millinin heyətində 20 futbolçu yer alıb. Onlardan biri də “Rubin”də çıxış edən hücumçu, əslən azərbaycanlı Ramil Şeydayevdir. Onun sabah millimizlə oyunda əsas heyətdə yer alacağı gözlənilir.
R.Şeydayev və komanda yoldaşları dünən “Bayıl arena”da məşqə çıxıblar.
Qeyd edək ki, U-21-lər arasında “Avro-2017”nin seçmə oyunu sabah saat 17.00-da “Bayıl Arena”da başlayacaq.
COMMENTS