Ramil Şeydayev millimizlə oyuna çağırıldı

Ramil Şeydayev millimizlə oyuna çağırıldı

“Avro-2017″nin seçmə mərhələsində U-21 yığmamızın rəqibi olan Rusiya millisinin heyəti açıqlanıb.

Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, baş məşqçi Dmitri Xomuh qarşıdakı iki oyun üçün 23 futbolçuya dəvət göndərib.

Həmin siyahıda “Rubin”də çıxış edən əslən azərbaycanlı futbolçu Ramil Şeydayev də yer alıb.

Qeyd edək ki, seçmə mərhələ çərçivəsində noyabrın 12-də Farer adaları ilə qarşılaşacaq Rusiya yığması 5 gün sonra Bakıda millimizin qonağı olacaq.

Qapıçılar: Anton Mitryuşkin (“Spartak”), İqor Obuxov (“Zenit”), Aleksandr Selixov (“Amkar”) olacaq.

Müdafiəçilər: Vyaçeslav Karavayev (“Yablonets”), Yevgeni Kirisov (“Domodedovo”), Vitali Lıstsov (“Benfika”), Mixail Merkulov (“Baykal”), Camaldin Xocaniyazov (“Orxus”), Nikita Çernov (MOİK), Vasili Çerov (“Krasnodar”), Denis Yakuba (“Kuban”).

Yarımmüdafiəçilər: Dmitri Barinov, Sergey Makarov, Aleksey Mirançuk (hamısı “Lokomotiv”), Aleksey Qasilin (“Şalke”), Aleksandr Qolovin (MOİK), Ayaz Quliyev, Konstantin Saviçev (hər ikisi “Spartak”), Mixail Zemskov (“Şinnik”), Vladislav Levin, Aleksandr Taşayev (hər ikisi “Dinamo”).

Hücumçular: Andrey Panyukov (“Ayaçço”), Ramil Şeydayev (“Rubin”)

COMMENTS