“Ramil Şeydayevin ideyası əla idi”

“Ramil Şeydayevin ideyası əla idi”

“Zenit”in məşqçisi Anatoli Timoşuk millimizin və “Sabah”ın hücumçusu Ramil Şeydayevin  koronavirusla bağlı maraqlı paylaşımını bəyənib.

Qol.az xəbər verir ki, 41 yaşlı ukraynalı mütəxəssis “Zenit”in sabiq hücumçusunun “Evdə qal, sağlam qal” kampaniyası çərçivəsində çaydan çiləməsini xatırladaraq, bunun digərlərindən yaxşı mənada fərqləndiyini deyib.

Timoşuk  tualet kağızı ilə başladılan çelencə özünün də qatıldığını, hətta buna görə, lağa qoyulduğunu da söyləyib. O, ona söz atan Andrey Arşavin və Maqomed Ozdoyevin cavabını verdiyini də bildirib: “Onlara cavablarını vermişəm. “Zenit”də oynamış Ramil Şeydayevin ideyası əla idi. O, çelencə çaydanı çiləyərək qoşulmuşdu. Bu, Ramildə pis alınmamışdı”.

Xatırladaq ki, Timoşuk “Zenit”in kapitanı kimi 2008-ci ildə UEFA Kuboku və Superkubokunu qazanlb.

DOSYE.ORG

COMMENTS