Ramil Usubov yeni rəis təyin etdi

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov Xəzər Rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinə yeni rəis göndərib.

 

AzNews.az xəbər verir ki, nazirin dünən imzaladığı əmri ilə bu vəzifəyə polis mayoru Rafiq Məmmədov təyin edilib.

Rafiq Məmmədov açıqlamasında xəbəri təsdiq edib. O bildirib ki, 2012-ci fevralından 2013-cü il martın sonunadək Gəncə Şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi vəzifəsində işləyib. 2013-cü ilin martından isə Bakı Şəhər BPİ-nin Dövlət Yol Polisi İdarəsində çalışıb.

Qeyd edək ki, Xəzər Rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinə bundan əvvəl Sabir Həsənov rəhbərlik edib. O, sentyabr ayının 18-də işdən azad edilərək, təqaüdə göndərilib. / WseMir.CoM

COMMENTS