Ramil Usubovdan yeni təyinat

Ağcabədi Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinə yeni rəis təyin edilib. Aznews.az-ın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə bu vəzifəyə polis mayoru Dadaş İbrahimov təyin edilib.

 

Dadaş İbrahimov bundan əvvəl Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşı olub. Ondan öncə isə İmişli Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin rəisi vəzifəsində çalışıb.

Dadaş İbrahimov aznews.az-a açıqlamasında xəbəri təsdiqləyib. O, artıq işə başladığını bildirib.

COMMENTS