Ramilin “Dinamo”ya qarşı şikayəti təmin edildi

Ramilin “Dinamo”ya qarşı şikayəti təmin edildi

Rusiya Futbol Federasiyası milli komandamızın hücumçusu Ramil Şeydayevin sabiq klubu “Dinamo”ya qarşı şikayətini təmin edib.

Qol.az “Sovetski sport’a istinadən xəbər verir ki, qurum Moskva “Dinamo”suna heyətinə yeni qatdığı futbolçuların qeydiyyatına və meydana çıxmasına qadağa qoyub. Yığmamızın forvardı Ramil Şeydayevin şikayətinə baxan federasiya rəsmiləri onunla müqavilə şərtlərinə əməl edilmədiyi qənaətinə gəlib. Federasiyanın qərarına əsasən, “Dinamo” Şeydayev qarşısında müqavilə öhdəlikləirini tam yerinə yetirdikdən sonra qadağa aradan götürülə bilər. Bu isə o deməkdir ki, Ramillə vaxtından əvvəl, heç bir səbəb olmadan iş müqaviləsini pozan Moskva klubu ona təzminat  ödəməlidir.

Qeyd edək ki, Şeydayev “Dinamo”ya 2019-cu ildə “Krılya Sovetov”dan keçmişdi.

DOSYE.ORG

COMMENTS