Ramiz Əzizbəylidən xəbər var

Ramiz Əzizbəylidən xəbər var

Xalq artisti, aktyor və rejissor Ramiz Əzizbəylinin səhhətində, irəliləyiş var.

 

Dosye.org bildirir ki, bu haqda tabloid.az-a sənətçinin qardaşı oğlu, müğənni Nurlan Əzizbəyli məlumat verib. Onun sözlərinə görə, həkimlər hazırda ev şəraitində müalicə alan R.Əzizbəylinin, yaxşılaşacağına ümid edirlər:

“Ramiz əminin vəziyyəti orta-stabildir. Həkimlər müalicəsini davam etdirirlər. Allahın köməkliyi ilə sağalmalıdır. Əvvəlki ilə müqayisədə, şükürlər olsun ki, indi özünü daha yaxşı hiss edir. Düzdür, bəzən görürsən ki, yaddaşını itirir, heç nəyi xatırlamır. Nə istədiyini deyə bilmir. Danışığında da qüsur yaranır, amma bir müddət sonra özünə gəlir”.

N.Əzizbəyli deyib ki, ev şəraitində müalicə olunan xalq artistinin bütün xərclərini yaxın dostları öz üzərinə götürüblər:

“Sağ olsunlar. Hətta xəstəxanada yatan vaxt dostları müalicə xərclərini ödəyirdilər. Sadəcə olaraq, həkim özü müalicənin evdə davam etdirilməsini məsləhət gördü. Çünki əmimin ürəyi sıxılır, xəstəxana şəraitində qala bilmir”.

Qeyd edək ki, R.Əzizbəyli bu il fevralın 9-da yaşadığı binanın qarşısında keçirdiyi avtomobil qəzasından sonra beyin insultu diaqnozu ilə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilmişdi. Daha sonra, müalicəsini Mərkəzi Gömrük Hospitalında davam etdirirdi.

COMMENTS