Ramzan Kadırov: “Çeçenlər heç vaxt təslim olmaz”

Çeçenistan prezidenti Ramzan Kadırov çeçen döyüşçülərin Ukrayna hakimiyyətinə təslim olması ilə bağlı iddialara cavab verib.

 

Dosye.org saytı rus KİV-nə istinadən xəbər verir ki, Çeçenistan rəhbəri yayılan informasiyaları təkzib edərək cəfəngiyat adlandırıb. Ramzan Kadırov bildirib ki, çeçen döyüşçülər heç zaman təslim olmurlar.

“Çeçenlər heç zaman, heç yerdə təslim olmurlar”,-deyən Çeçenistan lideri çeçenlərdən ibarət könüllü dəstələrin Ukrayna ərazisində döyüşdüyünü də təsdiq edib. Onun sözlərinə görə həmin döyüşçülər könüllü olaraq Ukraynaya yollanır və burada Çeçenistan rəhbərliyinin əli yoxdur.

“Elə adamlar var ki, Ukraynada dinc insanların öldürülməsinə laqeyd qala bilmirlər və onları müdafiə edirlər. Amma Ukraynanın cənub-şərqində çeçen hüquq-mühafizə orqanlarının, hərbçilərinin heç bir əməkdaşı yoxdur. Ora gedənlər könüllülərdir”.

COMMENTS