Ramzan Kadırov “İŞİD-i qırmaq lazımdır”

“Bağdadi Amerikanın agentidir “

 

Çeçenistan lideri Ramzan Kadırov bəyan edib ki, İŞİD-ə Qərb xüsusi xidmət orqanları rəhbərlik edir.

“Mən xahiş edərdim ki, ”İslam Dövləti” ifadəsin işlətməsinlər. Onlar şeytandır və yeganə məqsədləri də daha çox pul qazanmaqdır. Onlar Qərbin sifarişin yerinə yetirirlər və məqsədli şəkildə müsəlmanları öldürürlər ”, Çeçenistan rəhbərinin mətbuat mərkəzinin cənab Kadırovun adından yaydığı bəyanatda belə deyilir.

“İŞİD-ə Qərb xüsusi xidmət orqanları əvvələr də yardım ediblər, indi də edirlər. Qərb onları gərəkən hər şeylə təchiz edir. Bu banditlərin əlinə qırıcı uçaqlar haradan keçdi, on minlərlə insanı necə silahlandıra biliblər? İŞİD bütün bunları haradan alır? Birmənalı şəkildə demək olar ki, Qərbdə yüksək vəzifələr tutan çinovniklər onlara mütəmadi yardım edirlər”, bəyanatda deyilir.

Ramzan Kadırov İŞİD lideri Abu Bakr al-Bagdadiyə müraciət edərək onu həqiqəti etiraf etməyə çağırıb: “Boynunuza alın ki, Amerika kəşfiyyatına işləyirsiz”.

“Bağdadi sifətinə keçirdiyi maskanı çəkib kənara qoymalıdır. Deməlidir ki, o, Amerika kəşfiyyatı tərəfindən ələ alınıb. Əgər o, özünü həqiqətən də müsəlman sayırsa, etiraf etməlidir ki, müsəlmanları bilə-bilə öldürüb. Üzr istəmədir və öz bandasını buraxmalıdır. Əks təqdirdə, onları məhv etmək lazımdır ”.

Kadırov onu da qeyd edib ki, Çeçenistanda gənclərin İŞİD-ə qoşulmaması üçün ciddi təbliğat aparılır. Məktəblərdə, ali təhsil müəssisələrində gənclərlə görüşlər keçirilir. Çeçenistan liderinin sözügedən bəyanatında ölkədə İnternetin kəsilməsi təklifi də səsləndirilib.

COMMENTS