Ramzan Kadırovu tənqid edən çeçen mühacir öldürüldü – Güllə ilə başından vurulub

Ramzan Kadırovu tənqid edən çeçen mühacir öldürüldü – Güllə ilə başından vurulub

Avstriyanın paytaxtı Vyana şəhərində Çeçenistandan olan bir nəfər öldürülüb. “Kavkaz.Reali”-nin apardığı araşdırmalardan məlum olub ki, güllə ilə başından vurulub öldürülən şəxs çeçenistanlı siyasi mühacir Anzor kimi tanınan Mamıxan Umarovdur.

Məlumata görə, o Çeçenistan rəhbəri Ramzan Kadırovu tənqid etməklə yanaşı həm də Rusiyanın xüsusi xidmət orqanlarının Avropada siyasi mühacirlərə qarşı sui-qəsdlər etdiyini bildirimiş. Cinayət yerli vaxtla 19:30-da G3 ticarət mərkəzinin yaxınlığında baş verib. Cinayəti törətməkdə şübhəli bilinən şəxsi polis Linz şəhərində saxlayıb.

Məlumatda qətli törədənin də çeçen əsilli olduğu bildirilir.

Bundan əvvəl fevralın 26-da İsveçdə yaşayam çeçen bloger Tumso Abduraxmanova da hücum olub. Amma o, həmin şəxsi zərəsizləşdirib polisə təhvil verə bilib. Bundan sonra blogerə sui-qəsd planlamasında şübhəli bilinən daha iki nəfər həbs olunub. Bu hadisədən əvvəl 2019-cu ilin martında Çeçenistan parlamentinin spikeri Maqomed Daudov Abduraxmanova qarşı qan davası elan edib.

Almaniya Federal Prokurorluğu ötən ilin iyununda keçmiş çeçen sahə komandiri Zelimxan Hangoşvilini qətlə yetirməkdə şübhəli bilinən şəxsin Rusiya vətəndaşı olduğunu açıqlayıb. Almaniya hökuməti həmin şəxsin Rusiya xüsusi xidmət orqanlarının sifarişi ilə hərəkət etdiyinə əmindir.

Ehtimal edilir ki, Xangoşviliyə qarşı sui-qəsd edənlər Rusiya xüsusi xidmət orqanlarına bağlı olan və 2015-ci ildə “Kavkaz sentr” saytının administratoru, keçmiş səhra komandiri Abdulvakhid Edilgerievi İstanbulda qətlə yetirənlərdir. (azadliq.org)

DOSYE.ORG

COMMENTS