Top.Mail.Ru

Rauf Arifoğlunun “dublikat”ı Qusar sakini çıxdı: Abbasov Raufu namizəd edən kimdir?

Rauf Arifoğlunun “dublikat”ı Qusar sakini çıxdı: Abbasov Raufu namizəd edən kimdir?

Rauf Arifoğlu ilə eyni soyad və ad daşıyan Abbasov Rauf Çərkəz oğlu əslən Qusar rayonundan imiş.

Bu barədə musavat.com -a məlumatı 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd Rauf Arifoğlunun səlahiyyətli nümayəndəsi Elşad Məmmədli verib. Onun sözlərinə görə, R.Arifoğlunun səslərini parçalamaq və seçicini çaşdırmaq üçün düşünülmüş və addım seçki texnologiyaları içərisində ən əxlaqsız metod sayılır.

Sitat: “Məlum olub ki, bu adamın nəinki Xətai rayonuna, ümumiyyətlə, Bakı şəhərinə dəxli yoxdur. O, Qusarda yaşayır, rəsmən işsizdir, bəzi məlumatlara görə, çobandır. Onu dağlardan endirib, 35 saylı dairəyə Rauf Arifoğlunun səslərini parçalamaq və seçicini aldatmaq ÜMİDi ilə xüsusi olaraq gətirmək barədə iddialar var. Bunun üçün ona imza da toplayıblar. Bizdəki məlumata görə, bu seçki cinayətini və fırıldağını namizədlərdən biri həyata keçirdib. Görünür, dürüst yollarla R.Arifoğluna qalib gələ bilməyəcəyini anlayıb və bu biabırçı addıma gedib. İstənilən halda, bu fırıldağa imza atan məlum şəxsi şiddətlə qınayırıq. Məsələni daha dərindən araşdırmaq və prosesdə rüşvət cinayətinin olub – olmadığını öyrənmək üçün hüquq mühafizə orqanlarına şübhəli namizədlərin hər ikisindən rəsmən şikayət edəcəyik”.

DOSYE.ORG

COMMENTS