Rauf Talışinskinin ölümündən sonra qəzeti bağlanır

Rauf Talışinskinin ölümündən sonra qəzeti bağlanır

Rus dilində dərc olunan “Exo” qəzeti öz fəaliyyətini dayandırır.

Bu barədə virtualaz.org-a qəzetin əməkdaşları məlumat veriblər.

Bildirilib ki, qəzetin saytının da fəaliyyəti dayandırılacaq.

Xatırladaq ki, “Exo” qəzetinin baş redaktoru, tanınmış jurnalist Rauf Talışinski 8 mayda, 62 yaşında vəfat edib.

“Exo” qəzeti 2001-ci ildən, qəzetin saytı isə 2004-cü ildən fəaliyyət göstərir. “Exo” gündəlik qəzeti hazırda 6 min tirajla çap olunur.

Dosye.org

COMMENTS