Rayon icra hakimiyyətləri 30 faiz ixtisar edilir?

Rayon icra hakimiyyətlərinə ilin sonuna qədər büdcələrini 30 faiz azaltmaq tapşırılıb.

Konkret desək, ilin sonunda rayon icra hakimiyyətlərinin büdcələrinin 30 faizi xərclənməmiş qalmalıdır. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, iri şəhərlərin büdcələrinin 25 faiz azaldılması nəzərdə tutulur: “Prezident Administrasiyasından gələn məxfi tapşırığa görə, büdcə qənaəti ixtisar adı olmadan aparılmalıdır. Çünki ixtisar sözü kütləvi psixoz vəziyyəti yaradır. Ona görə də yaşlı işçiləri pensiya və s. bəhanələrlə işdən çıxartmaq, yerlərinə isə heç kimi götürməmək tapşırılıb. Eyni də qənaət zamanda təsərrüfat xərclərinə də qənaət etmək təlimatda əksini tapıb”.

Mənbə bildirir ki, hakimiyyət təşviş yaratmamaq üçün bu məsələni rəsmiləşdirməyəcək: “Neftin qiyməti azalmaqda və yaxud indiki həddə qalmaqda davam edəcəksə, böyük ehtimalla may ayında büdcəyə yenidən baxılacaq. Ancaq icra hakimiyyətlərinin büdcəsi formal olaraq dəyişməyəcək. İxtisarlar başqa adla qeyri-rəsmi həyata keçiriləcək”.

COMMENTS