Dosye.az bildirir ki, bu günlərdə bir rayonun icra başçısına “Baron” ləqəbi verilib.
Buna səbəb onun rayonda söz sahibi olduğu bildirilmir. Məlumatı verən mənbəmizin dediyinə görə icra başçısı böyük biznes sahibidir. Məhz onun “Baron” ləqəbinə sahib çıxması rayonda ətrafına birləşən bəzi quvvələrin hərəkətə keçməsidir. Bunlardan əlavə məşhür ada yiyələnən icra başçısı restoranların birin də badə qaldırıb sağlıqlar deyərək bildirmişdir ki, rayon da icra başçısı yox, baron kimi tanınsın. “Baron” icra başçısının çıxışından sonra badələr qaldırılıb.
Başqa bir məlumatda bildirilir ki, artıq Prezident Aparatından məsələyə ciddi yanaşılacaq. Rayondan verilən son məlumatlara görə “Baron” ləqəbli icra başçısının adı rayon sakinləri tərəfindən birmənalı qarşılanmır. Növbəti yazılarımızda “Baron” ləqəbi ilə gündəmə gələn icra başçısının adı açıqlanacaq.
Dosye.az
COMMENTS