Rayonlarda metro stansiyaları tikiləcək? – AÇIQLANDI

Rayonlarda metro stansiyaları tikiləcək? – AÇIQLANDI

“Bölgələrdə metro xəttlərinin çəkilməsi ilə bağlı məsələ Bakı Metropoliteni QSC-nin səlahiyyətinə daxil deyil”.

Bunu Metbuat.az-a açıqlamasında Metropolitenin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, bu qərar regionların inkişafı və ictimai nəqliyyat sektorunun təlabatı ilə bağlı ola bilər:

“Metropoliten sisteminin kifayət qədər bahalı və texniki cəhətdən mürəkkəb infrastruktur quruluşu olduğuna görə, məsələlərin xüsusi müzakirəsi tələb olunur. Ümumi olaraq isə bununla bağlı müzakirələrin gedib-getməməsi barədə məlumat yoxdur”.

COMMENTS