Rayonun Taxtakörpü qəsəbə tam orta məktəbində Son zəng tədbiri keçirilib

Rayonun Taxtakörpü qəsəbə tam orta məktəbində Son zəng tədbiri keçirilib

29-30 may 2015-ci il tarixdə respublikanın ümumtəhsil məktəblərində olduğu kimi Laçın rayonunun da ümumtəhsil məktəblərində XI sinif şagirdlərinin “son zəng” tədbirləri keçirilmişdir. “Son zəng” tədbirləri Azərbaycan Respublikasının Təhsil naziri cənab Mikayıl Cabbarovun müvafiq göstərişinə əsasən, yalnız məktəb binalarında davam etdirilmişdir.

Laçın Rayon İcra Hakimiyyətinin başçısı cənab Akif Səlimov “Son zəng” tədbiri ilə əlaqədar rayonun Taxtakörpü qəsəbə tam orta məktəbində olmuş, pedaqoji kollektivlə görüşmüşdür.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən rayon rəhbəri “Son zəng”-lə bağlı pedaqoji kollektivi, 11-ci sinif şagirdlərini və valideynləri təbrik etmiş, məktəbi bitirən şagirdlərə arzu və istəklərini bildirmiş, tövsiyələrini vermişdir.

Rayon İcra Hakimiyyətinin başçısı onu da xüsusilə qeyd etmişdir ki, Ulu öndər Heydər Əliyev strategiyasının ən layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi sayəsində son illər ölkəmizin bütün sahələri ilə yanaşı təhsil sahəsində də yüksək inkişafa və irəliləyişlərə nail olunmuşdur.

Eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin bütün məcburi köçkünlərlə yanaşı laçınlı məcburi köçkünlərə olan davamlı diqqət və qayğısından danışan rayon rəhbəri tərəfindən minnətdarlıqla vurğulamışdır ki, 24 dekabr 2011-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, xanımı Mehriban Əliyeva ilə birlikdə şərəfli ömür yolunun 50 ilinin tamam olduğu bir vaxtda, laçınlı məcburi köçkünləri öz ailə üzvləri kimi dəyərləndirərək, məskunlaşdıqları Ağcabədi rayonu ərazisindəki Taxta körpüyə tarixi səfəri, həmçinin şagirdlərin təhsil aldığı bu məktəbin açılışında iştirak etməsini rayonun tarixinə qızıl hərflərlə yazılmış və hər bir laçınlının qəlbində əbədi olaraq qürur və iftixar hissi yaratmışdır.

Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun tədbirdə iştirakı məktəblilər tərəfindən sevinc hissi ilə qarşılanmşdır.
2014-2015-ci dərs ilində Laçın rayonu üzrə 118 ümumtəhsil məktəbi üzrə 10851 nəfər şagird təhsilə cəlb olunmuşdur. Bu il rayonun 83 tam orta məktəbini 826 nəfər məzun bitimişdir.

COMMENTS