Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyevlə bağlı məlumat özünü doğrultmadı

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyevlə bağlı məlumat özünü doğrultmadı

Ötən yazılarımızda “Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi icra başçısının zülmünə necə dözür?” başlıqlı məqalə dərc etmişdik.

Bir daha nəzərinizə çatdıraq ki, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyev və digər əməkdaşlarla heç bir əlaqə qura bilmədiyimizdən məlumat birbaşa yayşmlanmışdı. Saytımızın elektron ünvanına daxil olan məlumatı araşdırmaq məqsədi ilə əməkdaşlarımız sözügedən rayonda olmuş və məlum məsələ ilə bağlı dərin araşdırmalara nail olmuşdur.

Beləliklə məlum olmuşdur ki, dosye.org informasiya agentliyinin elektron ünvanına daxil olan məlumat həqiqəti əks etdirmir. Belə ki, çox hörmətli İlyas Haıyev rayonda böyük nüfüz sahibi olmaqla yanaşı əsl vətənpərvərdir. Bərdə rayonunda kifayət qədər hörmət qazanan İ. Hacıyev daim dövlətə və dövlətçiliyə hörmət edən məmurlardandır. Bütün bunları nəzərə alıb bildirmək istəyirik ki, bəzi qara quvvələrin qəbuledilməz niyyətləri pislənilir.

DOSYE.ORG

COMMENTS