“Real” “Bavariya”nın rekordunu təkrarladı

“Real” “Bavariya”nın rekordunu təkrarladı

Çempionlar Liqasının 1/8 finalında səfərdə “Şalke”yə qalib gələn (2:0) “Real” “Bavariya”nın rekorduna şərik olub.

Qol.Az-ın məlumatına görə, sözügedən turnirdə ardıcıl 10-cu qələbəsini qazanan Mardid klubunu “Bavariya”nın 2013-cü ildəki rekordunu təkrarlayıb.

Madridlilər son dəfə ötən mövsüm ÇL-ın 1/4 finalının cavab matçında Dortmund “Borussiya”sına uduzub.

Karlo Ançelottinin komandası yeni rekorda çox yaxındır. Paytaxt klubu bunu“Şalke” ilə doğma meydanda keçiriləcək cavab matçında bacara bilər.

COMMENTS