Madrid “Real”ının futbolçusu Asyer İlyaramendi “Atletik” (Bilbao) klubunun təklifini rədd edib.
Qol.Az-ın “AS” qəzetinə istinadən verdiyi məlumata görə, Bilbao təmsilçisi 24 yaşlı futbolçunun transferi ilə bağlı “Real”la razılığa gəlib.
Lakin İlyaramendi “Atletik”də oynamaq istəməyib. “Real”ın əsas heyətində möhkəmlənmək uğrunda mübarizə aparan futbolçu Madrid klubunda qalmaq istədiyini açıqlayıb.
Qeyd edək ki, ispaniyalı futbolçu 2013-cü ildə “Real Sosyedad”dan “Real”a transfer olunub.
COMMENTS