“Real” mübarizəni dayandırdı, “Arsenal” və “İnter” yarımfinalda

“Real” mübarizəni dayandırdı, “Arsenal” və “İnter” yarımfinalda

Bu gün Çempionlar Liqasında son 2 yarımfinalçının adına aydınlıq gəlib.

QOL.az xəbər verir ki, 1/4 finalın cavab oyunları çərçivəsində 2 maraqla gözlənilən görüş keçirilib.

“Real” ilk matçda 0:3 hesabı ilə uduzduğu “Arsenal”ı “Santyaqo Bernabeu”da qəbul edib. London klubu bu dəfə də üstün olub (2:1) və ümumilikdə 5:1 hesablı qələbə ilə 1/2 finala adlayıb. “Arsenal” yarımfinalda PSJ-yə rəqib olacaq.

“Bavariya” isə “San Siro”da 1 həftə əvvəl məğlub olduğu “İnter”lə qarşılaşıb. Oyun 2:2 hesabı ilə yekunlaşıb və “İnter” növbəti mərhələyə yüksəlib. Milan təmsilçisi yarımfinalda “Barselona” ilə üz-üzə gələcək.

Bugünkü hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

16 aprel

23:00. “Real” (İspaniya) – “Arsenal” (İngiltərə) – 1:2

Qollar: Vinisius, 67 – Saka, 65, Martinelli, 90+3

“Santyaqo Bernabeu”

İlk oyun – 0:3

23:00. “İnter” (İtaliya) – “Bavariya” (Almaniya) – 2:2

Qollar: Martinez, 58, Pavard, 61 – Keyn, 52, Dayer, 76

İlk oyun – 2:1

15 aprel

“Aston Villa” (İngiltərə) – PSJ (Fransa) – 3:2

İlk oyun – 1:3

“Borussiya” (Dortmund, Almaniya) – “Barselona” (İspaniya) – 3:1

İlk oyun – 0:4

Yarımfinal cütləri: 

“Arsenal” (İngiltərə) – PSJ (Fransa)

“İnter” (İtaliya) – “Barselona” (İspaniya)

COMMENTS