“Real” və Eddi İsrafilovun komandasından qələbə

“Real” və Eddi İsrafilovun komandasından qələbə

İspaniya La Liqasında 21-ci turun növbəti oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, ikinci matç günündə dörd qarşılaşma baş tutacaq.

“Real” doğma azarkeşləri önündə “Real Sosyedad”ı qəbul edib. Oyun meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Madridin digər klubu “Atletiko” səfərdə “Eybar”ın qonağı olub. Oyun “Land of Fire Azerbaijan” formalı komandanın qələbəsi ilə başa çatıb – 3:1.

Millimizin yeni oyunçusu Eddi İsrafilovun komandası “Qranada” “Elçe” ilə üz-üzə gəlib. İsrafilovun iştirak etmədiyi oyunda meydan sahibləri 1:0 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, tura sabah axşam “Malaqa” – “Valensiya” görüşü ilə yekun vurulacaq.

COMMENTS