“Real” və “Porto” 1/4 finalda!

Çempionlar Liqasında növbəti görüşlər keçirilib. Apasport.az saytının məlumatına görə, 1/8 final mərhələsinin cavab oyunlarına Pireney yarımadasında start verilib.
 
İlk 1/4 finalçılar Portuqaliya və İspaniyada keçirilən qarşılaşmalarda müəyyənləşib. “Draqao” stadionunda baş tutan “Porto” – “Bazel” matçı daha çox maraq kəsb edirdi.
 
Həm cütün, həm də ev oyununun favoriti hesab edilən meydan sahibləri rəqibini top atəşinə tutub. Görüşdə 4:0 hesabı ilə qalib gələn “Porto” 1/4 finala vəsiqə qazanıb.
 
Digər oyunda isə “Kral klubu” gözlənilmədən uduzub. Səfərdə “Şalke”ni 2 top fərqilə məğlub edən “Real”ın üstünlüyünü Madriddə əldən vermə niyyətində deyildi. Son matçlarda o qədər də inamlı təsir bağışlamayan Karlo Ançelottinin yetirmələri “Santyaqo Bernabeu” stadionunda yerli azarkeşlərini üzüb.
 
Beləliklə, “Real” “Şalke”yə 3:4 hesabı ilə məğlub olsa da, 1/4 finala yüksəlib.
 
 
Çempionlar Liqası
1/8 final, cavab oyunları
10 mart

“Porto” (Portuqaliya) – “Bazel” (İsveçrə) – 4:0
Qollar: Brahimi, 14, Herrera, 47, Kasemiro, 56, Aboubakar, 76
Baş hakim: Yonas Eriksson (İsveç)
Porto. “Draqao” stadionu
İlk oyun – 1:1

“Porto”: Fabiano, Danilo (k), Maykon, Markano, Aleks Sandro, Kasemiro, Brahimi, Evandro, Herrera, Tello, Aboubakar

“Bazel”: Vaçlik, Samuel, Fabian Şer, Safari, Zuffi, Frey, Elnenni, Xhaka, Streller (k), Qaşi, Qonzales
 
 
“Real” (İspaniya) – “Şalke” (Almaniya) – 3:4
Qollar: Ronaldo, 25; 45+1, Benzema,  – Fuks, 20, Huntelaar, 40; 85, Sane, 57
Baş hakim: Damir Skomina (Sloveniya)
Madrid. “Santyaqo Bernabeu” stadionu
İlk oyun – 2:0

“Real”: Kasilyas (k), Varan, Pepe, Fabio Koentrau, Arbeloa, Xedira, Kroos, Qaret Beyl, İsko, Ronaldo, Benzema

“Şalke”: Vellenreuther, Hövedes (k), Fuks, Nastasiç, Matip, Meyer, Höger, Barnetta, Noyştedter, Şupo-Motinq, Huntelaar

COMMENTS