“Region qaynayır, Nikol isə qarğıdalı yeməklə məşğuldur” – Erməni deputa

“Region qaynayır, Nikol isə qarğıdalı yeməklə məşğuldur” – Erməni deputa

Ermənistanın baş naziri Nikol Paşinyanın ölkədə “qurman tur”una çıxması deputatlar arasında da narazılıq yaradıb.

DOSYE.ORG xəbər verir ki, parlamentin “Hayastan” fraksiyasından olan deputatı Artur Xaçatryan deyib:

“Region tam sürətlə qaynayır. Putin və Ərdoğan ötən həftə iki dəfə, fevralın 24 və 26-da telefonla danışıblar. Azərbaycan Prezidenti İlham Əliyev fevralın 25-də Türkiyəyə səfər etdi. Lavrov iki günlük tam proqramla Bakıya gedib. İran prezidenti Rəisinin Moskvaya səfəri gözlənilir. Bizim baş nazir Nikol Paşinyan isə dünən qarğıdalı yemək üçün hansısa rayona getmişdi”.

COMMENTS