Rekord səs toplayan Xose onu “Maşın”dan UZAQLAŞDIRDI

Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu “Maşın Şou”nun 17-ci sürətinin növbəti efir günü baş tutub.

Dosye.org-un məlumatına görə, “Hind kinosu” adlanan yarışma 13 iştirakçının mübarizəsi ilə davam edir. İştirakçılar bu dəfə müğənni Ramin Nabran və aparıcı Xose Bernardonun şəklini daha çox SMS səsverməsi üçün atıblar.

Hər iki iştirakçının şəkillərini atanların sayı eyni olduğundan gün ərzində iştirakçıların sıra nömrəsinə gələn səslərə əsasən daha az səs faizi olan şəxs SMS səsverməsinə çıxarılıb. Beləliklə Xose Bernardonun səs faizi daha az olduğundan bu gün o, hədəf olub.

Xose Bernardo 89,49 faiz səs toplayaraq xalq artisti Allahverdi Yolçuyevi şoudan kənarlaşdırıb.

Dosye.org

COMMENTS