Renat Dadaşov “Vulverhempton”da dubl etdi

Renat Dadaşov “Vulverhempton”da dubl etdi

Millimizin üzvü Renat Dadaşovun çıxış etdiyi “Vulverhempton”un U-23 komandası “Birmingham County Senior Challenge Cup”da növbəti oyununu keçirib.

Qol.az xəbər verir ki, komanda “Tividale” ilə qarşılaşıb və 6:0 hesablı qələbə qazanıb. Renat oyunda 2 qol vurub.

Qeyd edək ki, 20 yaşlı hücumçu mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın “Pasuş de Ferreyra” klubunda keçirib. “Vulverhempton” Renatı yenidən icarəyə verəcəyi gözlənilir.

DOSYE.ORG

COMMENTS