Renat Dadaşovun yeni klubu bəlli oldu

Renat Dadaşovun yeni klubu bəlli oldu

Millimizin hücumçusu Renat Dadaşov klubunu dəyişib.

Qol.az-ın xəbərinə görə, son mövsümü “Ayntraxt”da keçirən gənc futbolçu karyerasını Portuqaliyada davam etdirəcək. O, 2-ci liqa təmsilçisi “Eştoril”lə müqavilə bağlayıb. Bu barədə klubun saytı xəbər yayıb. Sözləşmənin müddəti və şərtləri haqda məlumat verilməyib.

Qeyd edək ki, Dadaşov ötən il “Ayntraxt” klubu ilə peşəkar müqavilə imzalasa da, əsas komandada şans qazana bilməmişdi.

Dosye.org

COMMENTS