Türkiyə Superliqasında 9-cu turun oyunları keçirilir.
Qol.az xəbər verir ki, bu gün Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Hatayspor” səfərdə “Fənərbaxça”nın qonağı olub. Oyun İstanbul təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.
“Fənərbaxça” – “Hatayspor” – 4:2
Qollar: Şimanski, 7 (1:0), Osai-Samuel, 15 (2:0), Dzeko, 39 (3:0), Qulam, 55 (3:1), Kahveçi, 63 (4:1), Abid, 90+4 (4:2)
Start heyətdə oyuna çıxan Renat Dadaşov sona qədər meydanda olub.
“Fənərbaxça” bu qələbə ilə xallarını 27-ə çatdıraraq yenidən liderliyə yüksəlib.
Mövsümdə ilk dəfə məğlub olan “Hatayspor” isə 14 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
COMMENTS