Renat Superliqada növbəti qolunu vurdu

Renat Superliqada növbəti qolunu vurdu

Türkiyə Superliqasında 10-cu turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, bu gün Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Hatayspor” evdə “Kayserispor”la qarşılaşıb. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Renat da bu görüşdə iştirak edib. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının yeganə qolunu da Dadaşov vurub. Hücumçu 69-cu dəqiqədə penaltidən fərqlənib. Bu, Renatın Superliqada 3-cü qoludur.

Qeyd edək ki, hazırda turnir cədvəlində “Kayserispor” 16 xalla 6-cı, “Hatayspor” isə 14 xalla 8-cidir.

“Hatayspor” – “Kayserispor” – 1:2
Qollar: R.Dadaşov, 69-pen – B.Bekaroğlu, 33-öz qapısına. Boa Morte, 47.

COMMENTS